Böyük Britaniya və ABŞ “terror təşkilatı” siyahısında olan HTŞ ilə necə əlaqə qurur?

2024/12/1734336827.jpg
Oxunub: 463     10:21     17 Dekabr 2024    
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Britaniya hökumətinin Suriyada Əsəd hökumətini devirən “Heyət Təhrir əş-Şam” (HTŞ) silahlı qruplaşması ilə “diplomatik təmasda” olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, Lemmi HTŞ-nin hələ də terror təşkilatı kateqoriyasında yer aldığını, ancaq Britaniyanın diplomatik təmas qura biləcəyini və gözlənildiyi kimi qurduğunu deyib.

ABŞ dövlət katibi Entoni Blinken də şənbə günü ABŞ-nin Dəməşqə nəzarəti ələ keçirən HTŞ ilə “birbaşa təmasda” olduğunu açıqlayıb.

Bu, ABŞ-nin HTŞ ilə birbaşa əlaqə saxladığına dair ilk rəsmi bəyanat kimi qeydə alınıb.

Britaniya və ABŞ-nin bəyanatları bu ölkələrin, o cümlədən bir çox ölkələrin terror təşkilatları siyahısında olan HTŞ ilə əlaqənin necə qurulacağı ilə bağlı müzakirələrə istiqamət verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya  


Bizi "telegram"da izləyin