Banqladeş Çindən J-10 təyyarəsi almaq istəyir

2024/12/1734336717.jpg
Oxunub: 477     12:11     17 Dekabr 2024    
Banqladeş Çindən 16 ədəd J-10C çoxməqsədli döyüş təyyarəsi almağı araşdıra bilər.

Ordu.az xəbər verir ki, bu barədə Banqladeşin yerli mətbuatı ölkənin Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Şeyx Əbdül Hannana istinadən yazıb.

Sözügedən xəbərlər Hannanın Xalq Azadlıq Ordusu Hava Qüvvələrinin (PLAAF) dəvəti ilə noyabrın 51-18-də Çinə etdiyi rəsmi səfərdən sonra ortaya çıxıb.

Bəzi mənbələr Hannanın açıq şəkildə J-10C-dən danışdığını irəli sürərkən, digərləri Hannanın açıqlamalarının daha əhatəli olduğunu, model göstərilmədən çoxməqsədli döyüş təyyarələri və hücum helikopterləri məsələsində aktiv axtarışa işarə etdiyini bildirir.

Bu fərziyyə, həmçinin avqust ayında Banqladeşin J-10C-ni modernləşdirmə proqramının bir hissəsi kimi qiymətləndirdiyinə dair xəbərlərlə üst-üstə düşür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Banqladeş   Çin  


Bizi "telegram"da izləyin