Ordu.az xəbər verir ki, Türkiyənin hazırladığı milli döyüş təyyarəsi “Kaan” ABŞ mətbuatında böyük əks-səda doğurmağa davam edir.
F-35-i geri qoyan bu yeni nəsil döyüş təyyarəsi qabaqcıl texnologiyaları, SZ dəstəkli sistemləri və xərc üstünlükləri ilə qlobal müdafiə bazarını sarsıtmağa namizəddir.
“Kaan” təkcə Türkiyə Hərbi Hava Qüvvələrinin deyil, dünyanın bir çox ölkəsinin də diqqətini çəkir.
ABŞ müdafiə mediasının hörmətli platformalarından biri olan “Global Defense News”da dərc olunan hesabatlara görə, “Kaan”ın dizaynı hava üstünlüyü, çox missiyalı çeviklik və inkişaf etmiş stelslik xüsusiyyətləri ilə diqqət çəkir.
“Kaan”ın F-35-in stels xüsusiyyətlərindən bir neçə dəfə daha üstün olduğu iddia edilir. Bundan əlavə, təyyarənin qabaqcıl sensor inteqrasiyası və manevr qabiliyyəti onu rəqiblərindən üstün edir.
Sevinc Əliyeva
Ordu.az