Banqladeş ordusu “Bayraktar TB2” zərbə tipli PUA-sı ilə döyüş atışlı təlimlər həyata keçirib

2024/12/2024--1734333421.jpg
Oxunub: 605     15:38     16 Dekabr 2024    
Banqladeş ordusu Türkiyənin “Baykar” şirkətinin istehsalı olan “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) ilə döyüş atışlı təlimlər həyata keçirib.

Ordu.az xəbər verir ki, bu inkişaf Hindistan və Banqladeş arasında gərginliyin davam etdiyi bir vaxtda diqqət çəkib.

Təlimlərə qatılan Baş Qərargah rəisi Vaker-Uz-Zaman Banqladeş ordusunun 67-ci PUA alayının “Bayraktar TB2” PUA-larının göstərdiyi performansdan məmnunluğunu ifadə edib.

Vaker-Uz-Zaman “Bayraktar TB2”lərin əməliyyat imkanlarının Banqladeşin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb.

Məlumata görə, Banqladeşin “Bayraktar TB2” həmləsi bölgədəki hərbi balanslarda mühüm addım hesab olunur. Bundan əlavə, Banqladeşin “Bayraktar TB2” PUA-larının Hindistanın Meqhalaya əyaləti yaxınlığında və Qərbi Benqal bölgəsində müşahidə edildiyi bildirilir.

Zərbə PUA-larının xüsusi olaraq Dəkkədəki Banqladeş Aviabazasından fəaliyyət göstərdiyi düşünülür.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Banqladeş   Bayraktar-TB2  


Bizi "telegram"da izləyin