Türkiyədə TF-2000 və milli aviadaşıyıcı gəmi üçün geri sayım başlayıb

2024/12/2024--1734333308.jpg
Oxunub: 509     12:40     16 Dekabr 2024    
Türkiyədə TF-2000 və milli aviadaşıyıcı gəmi üçün geri sayım başlayıb.

Ordu.az xəbər verir ki, Türkiyə milli müdafiə naziri Yaşar Gülər mətbuat və yayım orqanlarının Ankaradakı nümayəndələri ilə görüşüb.

Türkiyə Milli Müdafiə Nazirliyində keçirilən görüşdə Gülər 2024-cü ildə həyata keçirilən fəaliyyətlərdən, xüsusilə terrorla mübarizədən danışıb.

Milli aviadaşıyıcı gəmi və TF-2000 Hava Hücumundan Müdafiə (HHM) döyüş gəmisi ilə bağlı da açıqlamalar verən Gülər bildirib:


“Dizayn Layihə Ofisimiz tərəfindən yerli, milli dizaynla istehsal olunan “Ada” sinfinə məxsus korvetlərimiz və “İstanbul” freqatından sonra 3-cü layihə olan TF-2000 HHM döyüş gəmisi ilə 4-cü layihə olan milli aviadaşıyıcı gəminin dizayn fəaliyyətləri də uğurla davam edir”.

Qeyd edək ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin çəkindiriciliyini artırmaq və əlavə güc qabiliyyəti ilə xarici maraq sahələrində effektivliyini artırmaq üçün MİLGEM layihəsində olduğu kimi Türkiyənin ilk yerli aviadaşıyıcı gəmisinin dizaynı DPO tərəfindən başladılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TF-2000  


Bizi "telegram"da izləyin