Ordu.az xəbər verir ki, son zamanlar müdafiə tədarüklərinə böyük diqqət ayıran Yunanıstan bu investisiyalara kamikadze PUA-larını da əlavə edəcək.
Ölkənin Milli Təhlükəsizlik Hökumət Şurası (KYSEA) ABŞ istehsalı olan ümumilikdə 590 ədəd “Switchblade 300” və “Switchblade 600” kamikadze PUA-sının tədarükünü təsdiqləyib.
Faktiki qiymətin yalnız üçdə biri olan 25 milyon avroya başa gələn bu müqavilə ABŞ-Yunanıstan Qarşılıqlı Müdafiə Əməkdaşlıq Sazişi çərçivəsində verilən Xarici Hərbi Maliyyələşdirmə (FMF) qrant yardımı ilə dəstəklənir.
Ümumi dəyəri 75,2 milyon avro olan PUA-lar xüsusi əməliyyat bölmələri və quru qoşunları tərəfindən istifadə olunacaq.
Bu müqavilə “Switchblade” PUA-larının hər iki versiyasını əhatə edir. Bura təlim simulyatorları, əməliyyat modulları və sonrakı dəstək proqramları da daxildir.
Sevinc Əliyeva
Ordu.az