Polşa çoxməqsədli MQ-9B “SkyGuardian” PUA-sının alınması üçün razılıq əldə edib

2024/12/1734333156.jpg
Oxunub: 672     15:11     16 Dekabr 2024    
Polşa Müdafiə Nazirliyi ABŞ istehsalı olan çoxməqsədli MQ-9B “SkyGuardian” Pilotsuz Uçuş Aparatının (PUA) alınması üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilə dekabrın 12-də imzalanıb və onun ümumi dəyəri 310 milyon dollar olaraq qiymətləndirilir.

Məlumata görə, yeni PUA-lar Polşanın ABŞ-dən icarəyə götürdüyü mövcud MQ-9A “Reaper” parkını əvəz edəcək.

İcarə müqaviləsi 2022-ci il oktyabrın 29-da imzalanıb və onun dəyəri 70,6 milyon dollar hesablanıb.

İstehsalçı “General Atomics Aeronautical Systems”in 2027-ci ilin birinci rübündə PUA-ların tədarükünü başa çatdıracağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   MQ-9B  


Bizi "telegram"da izləyin