Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançılara məxsus "Al Masirah" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, koalisiya qüvvələri Qırmızı dəniz sahilində yerləşən Midi rayonunun Buheys yaşayış məntəqəsinə havadan zərbə endirib.
"Al Arabiya" telekanalının mənbələrinin məlumatına görə, husilərə məxsus hərbi obyektlər hücuma məruz qalıb. Hücumun nəticələri barədə məlumat verilmir.
Ordu.az