Qırğızıstanda Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib

2024/12/1734326417.jpg
Oxunub: 391     08:51     16 Dekabr 2024    
Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov vəzifəsindən azad edilib.

Ordu.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıb.

“Qırğız Respublikasının Prezidenti Sadır Japarov Akılbek Japarovun Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb”, - Prezidentin mətbuat xidməti bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   Prezident   Administrasiya  


Bizi "telegram"da izləyin