Bəşər Əsəd Türkiyə nümayəndələri ilə danışıqlardan imtina edib

2024/12/1734325932.jpg
Oxunub: 405     04:13     16 Dekabr 2024    
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Ankaranın görüş təşkil etmək üçün çoxsaylı cəhdlərinə baxmayaraq, Türkiyə nümayəndələri ilə danışıqlardan imtina edib.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Arabiya”ya müsahibəsində deyib.

O vurğulayıb ki, Ankara dəfələrlə Əsəddən üçüncü tərəflərin, o cümlədən İraqın vasitəçi qismində iştirakı ilə danışıqlar aparmağı xahiş edib.

Fidan əlavə edib ki, Türkiyə rəsmilərinin Suriyaya getmək cəhdləri olub, bununla bağlı şəxsən Dəməşqə müraciət ünvanlanıb, lakin Əsəd bütün təklifləri rədd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəşər-Əsəd   Türkiyə  


Bizi "telegram"da izləyin