"İtaliya Livanda atəşkəsin dəstəklənməsi mövzusunda öhdəliyinə sadiqdir" - Ciorcia Meloni

2024/07/1721118875.jpg
Oxunub: 499     14:59     15 Dekabr 2024    
İtaliyanın Baş naziri Ciorcia Meloni, Livanda atəşkəsin dəstəklənməsi mövzusunda ölkəsinin öhdəliyinə sadiq olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Ciorcia Meloni Romada səfərdə olan livanlı həmkarı Nəcib Mikati ilə görüş keçirib.

Görüş zamanı Meloni, BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin rolunun əhəmiyyətini vurğulayıb və hərbçilərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd edib.

Həmçinin, Suriyadakı vəziyyət müzakirə edilib. İtaliyanın Baş naziri, Suriya birliyinin və ərazi bütövlüyünün qorunmasının, azlıqların müdafiəsinin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   İtaliya   Livan  


Bizi "telegram"da izləyin