Nigerdə silahlı hücumlar 40-a yaxın insanın ölümünə səbəb olub

2024/05/1716440972.jpg
Oxunub: 527     07:10     15 Dekabr 2024    
Nigerin qərbində silahlı hücumlar nəticəsində 40-a yaxın mülki şəxs həlak olub.

Ordu.az-ın məlumatına görə, bu barədə "Agence France-Presse" ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.

“Nigerin qərbində son günlər baş verən iki hücumda 39 nəfər həlak olub”, - nəşr yazıb.

Qeyd olunur ki, hücumlar ölkənin Burkina-Faso ilə sərhədi yaxınlığında, Libiri və Kokoru yaşayış məntəqələri yaxınlığında baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niger   Silahlı-hücum  


Bizi "telegram"da izləyin