Ynet: İsraillə HƏMAS arasında girov danışıqlarında irəliləyiş əldə olunub

2023/11/1698917732.jpg
Oxunub: 557     06:15     15 Dekabr 2024    
Yüksək vəzifəli İsrail rəsmisi HƏMAS hərəkatı ilə girovlarla bağlı danışıqlarda mühüm irəliləyiş olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin Ynet xəbər portalı məlumat yayıb.

Rəsmi qeyd edib ki, sövdələşmənin əsas detalları hazırda onu poza biləcək siyasi müdaxilənin qarşısını almaq üçün gizli saxlanılır.

Mənbənin sözlərinə görə, İsrail kəşfiyyat xidməti Mossad və İsrailin Baş Təhlükəsizlik Xidmətinin rəhbərləri HƏMAS-ın əvvəlkinin əksinə razılığa gəlməyə hazır olduğu barədə nazirlər kabinetinə məlumat verib

“Təxmini hesablamalara görə, bir neçə həftə ərzində razılaşma əldə oluna bilər”, - deyə mənbə əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS   Girov  


Bizi "telegram"da izləyin