ABŞ-nin hərbi bazasında atışma olub, ölən var

2024/12/1734238962.jpg
Oxunub: 667     06:18     15 Dekabr 2024    
ABŞ Ordusunun Kiber Komandanlığının yerləşdiyi Corciyadakı hərbi bazada atışma nəticəsində bir nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

"ABŞ Ordusunun Corciyadakı Quru Qüvvələri şənbə günü bir nəfərin orada güllələnərək öldürülməsindən sonra fəaliyyətini dayandırıb", - telekanal qeyd edib.

Həmçinin bildirilir ki, öldürülən şəxsin kimliyi onun ölümü ilə bağlı məlumat yaxınlarına verildikdən sonra açıqlanacaq.

Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi, hadisənin başvermə səbəbi barədə məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Atışma  


Bizi "telegram"da izləyin