HTŞ lideri prezidentliyə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb

2024/12/1734200563.jpg
Oxunub: 695     22:21     14 Dekabr 2024    
Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əbu Məhəmməd əl-Colani ləqəbli Əhməd əl-Şaraa prezidentliyə namizədliyini irəli sürməyi istisna etməyib.

Ordu.az xəbər verir ki, bunu əl-Colani “Al Araby” telekanalına müsahibəsi zamanı deyib.

“Əgər vətəndaşlar və ya ətrafımdakı insanlar bunu istəsə, Suriya Ərəb Respublikasının prezidentliyinə namizədliyimi irəli sürəcəyəm”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HTŞ   Colani  


Bizi "telegram"da izləyin