Moskvada “Vahid Rusiya” partiyasının XXII qurultayı keçirilib

2024/12/1734195381.jpg
Oxunub: 581     20:47     14 Dekabr 2024    
Rusiyada iqtidarda olan “Vahid Rusiya” partiyasının XXII qurultayı keçirilib.

Ordu.az xəbər verir ki, qurultay “Rusiya” Milli Mərkəzində ölkənin bütün regionlarından olan nümayəndələri bir araya toplayıb.

Əsas mövzular ötən ilin yekunlarına yekun vurulması və partiyanın strateji sənədlərinə dəyişikliklərin edilməsi olub. Qurultayda ümumi və ali şuraların tərkibi yenilənib, nizamnaməyə və xalq proqramına dəyişikliklər edilib. Proqramın yeni bölməsi xüsusi hərbi əməliyyatların iştirakçılarına və onların ailə üzvlərinə dəstək verməyə həsr olunub.

Bundan əlavə, partiya pensiyaların indeksləşdirilməsi, məşğulluq xidmətində islahatların aparılması, süni intellektin və fond bazarının inkişafı ilə bağlı öhdəlik götürüb.

Rusiya prezidenti Vladimir Putin də nümayəndələr qarşısında çıxış edib. O, ölkənin təhlükəsizliyinin və suverenliyinin təmin edilməsinə verdikləri töhfəyə görə partiya üzvlərinə minnətdarlığını bildirib. Dövlət başçısı “Vahid Rusiya”dan olan deputatların xüsusi hərbi əməliyyatda iştirakını və yeni regionlara göstərdiyi yardımı qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qurultay  


Bizi "telegram"da izləyin