Livanda İsrail PUA-nın hücumu nəticəsində bir nəfər həlak olub

2024/11/1732264433.jpg
Oxunub: 505     16:44     14 Dekabr 2024    
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) Livanın cənubunda avtomobilə raket atması nəticəsində bir nəfər həlak olub, yaralananlar var.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Janoubia” xəbər portalı məlumat yayıb.

Hadisə Litani çayı üzərindəki körpünün yerləşdiyi Hərdali rayonunda baş verib.

Livan komandanlığı hadisə barədə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinə məlumat verib və bunu noyabrın 27-də qüvvəyə minmiş atəşkəs rejiminin pozulması kimi qiymətləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail   PUA  


Bizi "telegram"da izləyin