ABŞ dəniz piyadalarını Okinavadan Quama köçürür

2024/12/1734171740.jpg
Oxunub: 433     14:12     14 Dekabr 2024    
ABŞ Silahlı Qüvvələrinin Yaponiyadakı komandanlığı dəniz piyadalarının bir hissəsinin bu ölkənin Okinava adasından Sakit okeanda Vaşinqtona məxsus Quam adasına köçürülməsinə başlandığını elan edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, komandanlığın yaydığı açıqlamada ilk 100 dəniz piyadasının oraya yola düşdüyü bildirilib.

Ümumilikdə Quama 4 mindən çox hərbçinin köçürülməsi nəzərdə tutulur. Hazırda Okinavada 19 minə yaxın amerikalı dəniz piyadası yerləşdirilib.

Onların qismən Quama köçürülməsi planı hələ 2012-ci ildə razılaşdırılsa da, onun icrası daim təxirə salınıb. Dəniz piyadalarının bu adada yerləşdirilməsi üçün Yaponiya tərəfinin vəsaiti hesabına xüsusi baza tikiləcək. Tikinti işləri təxminən 2026-cı ilə qədər tam başa çatacaq.

Yaponiyadakı ABŞ hərbi obyektlərinin böyük hissəsi Okinavada cəmləşib ki, bu da yerli əhalinin narazılığına və tez-tez insidentlərin baş verməsinə səbəb olur. Elə bu həftə Okinavada məktəbli qızı oğurlayaraq zorlamış ABŞ hərbçisi beş il müddətinə azadlıqdan məhrum edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Okinava   Quam  


Bizi "telegram"da izləyin