Ordu.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında 2025-ci il büdcəsi ilə bağlı çıxışında deyib.
Onun sözlərinə görə, Türkiyə 80 faizdən çox yerli istehsalla istehsal etdiyi, ilk milli rabitə peyki olan TÜRKSAT 6A-nı kosmosa göndərib.
“80 faizdən çox yerli istehsalla istehsal etdiyimiz, ilk milli rabitə peykimiz olan TÜRKSAT 6A-nı kosmosa göndərdik. Biz rabitə peykləri istehsal edə bilən 11 ölkədən biriyik. Cənub-Şərqi Asiya ölkələri ilə birlikdə peyklərimizin əhatə dairəsində olan əhalinin sayı 5 milyarda yüksəldi. Biz sələflərindən daha yüksək ayırdetmə qabiliyyətinə, görüntü yükləmə sürətinə malik olan və manevr qabiliyyəti yüksək olan yeni nəsil Yer müşahidə peyklərimiz üzərində işləməyə davam edirik”, - deyə türkiyəli nazir bildirib.
Sevinc Əliyeva
Ordu.az