Ordu.az xəbər verir ki, bunu ASELSAN Baş direktoru Ahmet Akyol Türkiyə Texnologiya Komandası Vəqfi (T3), Sənaye və Texnologiya Nazirliyi və Prezident İnvestisiya İdarəsinin rəhbərliyi ilə İstanbul Sərgi Mərkəzində keçirilən “Take Off İstanbul” Sammitində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
ASELSAN-ın 2024-cü ildə gördüyü işləri izah edən Akyol ASELFLIR-500 elektrooptik sistemi ilə bağlı açıqlamalar verib.
“ASELSAN sualtı qayıqlar, peyk sistemləri, pilotsuz uçuş aparatı texnologiyaları, gəmilər və quru platformaları daxil olmaqla, bütün sistemlərdə elektron sistemlər istehsal edən əsas şirkətlərdən biridir. Xüsusilə bu platformalar ixrac olunmağa başladığı üçün bütün alt sistemlərimiz də dünyanın müxtəlif coğrafiyalarına ixrac olunur. Bu il “Baykar” şirkəti ilə ASELFLIR-500 kameramızı NATO üzvü olan bir ölkəyə ixrac etməyi bacardıq və bir il ərzində 14 ölkə ilə kameralarımızla bağlı müqavilə imzalamaq imkanı əldə etdik”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az