Tayvan ABŞ-də F-16-lara texniki qulluq göstərilməsi üçün razılıq əldə edib

2024/12/1734166875.jpg
Oxunub: 473     14:07     14 Dekabr 2024    
Tayvan administrasiyası ABŞ-də F-16 çoxməqsədli döyüş təyyarələrinə texniki qulluq göstərilməsi üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Podratçı şirkət olan, Virciniya ştatında yerləşən “Leidos” ABŞ Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində Tayvan administrasiyası ilə müqavilə imzalayıb.

Müqavilənin dəyərinin 987 milyon dollar olduğu açıqlanıb.

ABŞ Müdafiə Nazirliyinin verdiyi məlumata görə, müqavilə təyyarələrin təmiri və Tayvana qaytarılmasını, ehtiyat hissələri çatışmazlığı ilə bağlı park problemlərinin təhlilini və həllini nəzərdə tutur, bütün işlərin 2034-cü il mayın 31-nə qədər tamamlanacağı gözlənilir.

Qeyd edək ki, Tayvan administrasiyası F-16 döyüş təyyarələrinin ən böyük operatorlarından biridir. Məlumdur ki, Tayvan administrasiyası 1992-ci ildə 150 ədəd F-16A/B “Blok 20” döyüş təyyarəsi sifariş edib və onların tədarükü 2001-ci ildə başa çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   ABŞ  


Bizi "telegram"da izləyin