Ordu.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında 2025-ci il büdcəsi ilə bağlı çıxışında deyib.
“Ay missiyasını yerinə yetirəcək kosmik gəmimizin ilkin dizayn tədqiqatlarını tamamladıq. Biz Milli Regional Yerləşdirmə və Zamanlama Sisteminin kritik komponentlərini inkişaf etdirməyə davam edirik”, - deyə Kacır qeyd edib.
“DeltaV Uzay Teknolojileri” şirkəti “TÜBİTAK Uzay” tərəfindən hazırlanan kosmik gəmini AYAP-1-də Aya daşıyacaq hibrid hərəkət sistemini inkişaf etdirir.
TUA-nın verdiyi məlumata görə, Milli Hibrid Hərəkət Sistemi (HİS) adlanan sistemin ilkin dizayn prosesi, ilk uçuş miqyaslı sınaq prototipinin istehsalı, uçuş miqyaslı yerüstü sınaqların aparılacağı sınaq sisteminin istehsalı və quraşdırılması tamamlanıb.
Sevinc Əliyeva
Ordu.az