Yaponiya yeni təlim təyyarəsi kimi T-6 “Texan II”ni seçib

2024/12/1734165009.jpg
Oxunub: 619     10:50     16 Dekabr 2024    
Yaponiya hökuməti Hərbi Hava Qüvvələrinin (HHQ) pilot hazırlığı proqramı üçün ABŞ istehsalı olan yeni əsas təlim təyyarəsi və əlaqədar yerüstü avadanlığı seçib.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.

Rəsmilərin noyabr ayının sonunda verdiyi açıqlamaya görə, Yaponiya HHQ “Beechcraft T-6 Texan II”dən istifadə edəcək.

“Textron Aviation Defence” və onun Yaponiya üzrə ortağı “Kanematsu Corporation” tenderə təklif vermək üçün bir araya gəlib.

Yaponiya avqust ayında təkliflər verib, T-6 “Subaru”nun “Pilatus” PC-7 MKX təyyarəsi və TUSAŞ ilə əməkdaşlıq çərçivəsində “Hürkuş” təlim təyyarəsini təklif edən “Daihyaku Shoji”dən önə keçib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   T-6   Texan-II  


Bizi "telegram"da izləyin