İran orbitə çıxa bilən raketlər hədəfləyir

2024/12/1734164956.jpg
Oxunub: 501     17:28     14 Dekabr 2024    
İran Müdafiə Nazirliyinin rəsmisi yerli mətbuata verdiyi açıqlamada yeni “Safir” kosmos buraxılış vasitəsinin 36000 km orbitə çatmaq üçün bir addım olduğunu bildirib.

Ordu.az xəbər verir ki, “Kish Airshow”da danışan rəsmi “Safir”in 160 km-dən 2000 km-ə qədər orbit məsafəsi olan Aşağı Yer Orbitinə (LEO) 1,5 ton yük daşıya biləcəyini deyib.

Açıqlamada 36000 km-lik orbitin Yüksək Yer Orbitinə (HEO) və ya 35786 km-dən yuxarı orbitlərə uyğun gəldiyi qeyd edilib.

“Sarir” “Safir” və “Simorgh” kosmos buraxılış vasitələrindən daha böyükdür, lakin LEO buraxılışları üçün 1 tondan az yük daşıma qabiliyyətinə malikdir.

İranın kosmos buraxılış vasitələri daha uzun mənzilli ballistik raketlərin yaradılması texnologiyaları ilə də əlaqələndirilir, çünki hər iki sistem xüsusilə hərəkətverici güc bölməsi başda olmaqla, oxşar arxitekturada inşa edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   MN  


Bizi "telegram"da izləyin