Norveç ukraynalı pilotlara təlimi Portuqaliyada keçirəcək

2024/12/1734157601.jpg
Oxunub: 480     10:08     14 Dekabr 2024    
2025-ci ildən etibarən Norveç Silahlı Qüvvələri ukraynalı F-16 pilotlarının Portuqaliyada keçiriləcək təlimində öz təlimatçılarına kömək edəcək. Təlimlərin yeni mərhələsi bu ölkədə keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin məlumatında bildirilib.

"Hökumət 2025-ci ildə ukraynalı pilotların və yerüstü heyətin hazırlanmasına dəstək üçün vəsait ayırıb. İlin əvvəlində Danimarkada ukraynalı pilotların F-16 qırıcılarında təlim prosesi dayandırılacaq. Yeni ildən etibarən Norveç Silahlı Qüvvələri Portuqaliyada ukraynalı F-16 pilotlarının hazırlanması üçün təlimatçılarla təmin edəcək", - məlumatda müdafiə naziri Byorn Arild Qramın sözlərinə istinadən qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Portuqaliya  


Bizi "telegram"da izləyin