“Turboreaktiv Mühərriklərin İnkişaf Etdirilməsi Layihəsi” uğurla tamamlanıb

2024/12/1734157348.jpg
Oxunub: 498     12:51     14 Dekabr 2024    
“Kale Jet Motorları” tərəfindən inkişaf etdirilən KTJ-3200 Turboreaktiv Raket Mühərrikinin kütləvi istehsalına başlanılması ilə “Turboreaktiv Mühərriklərin İnkişaf Etdirilməsi Layihəsi” uğurla tamamlanıb.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin təşəbbüsü ilə həyata keçirilən “Turboreaktiv Mühərriklərin İnkişaf Etdirilməsi Layihəsi” çərçivəsində “Atmaca” və “Som” raketlərini gücləndirəcək milli turboreaktiv raket mühərrikinin yaradılması hədəflənirdi.

“Kale Jet Motorları” tərəfindən inkişaf etdirilən və kütləvi istehsalına başlanılan KTJ-3200 Turboreaktiv Mühərriki ilə layihə tamamlanıb.

Bu çərçivədə Çanaqqalada “Turboreaktiv Mühərriklərin İnkişaf Etdirilməsi Layihəsinin Bağlanış Mərasimi” və “Mühərrik Layihələrinin Qiymətləndirilməsi Seminarı” keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   KTJ-3200  


Bizi "telegram"da izləyin