Fevral ayında birjaya çıxan, Türkiyənin ilk və yeganə pilotsuz helikopteri “Alpin” ilə adından söz etdirən “Titra Teknoloji”ni satın alaraq, müdafiə sənayesinə daxil olan “Pasifik Teknoloji” Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) ilə pilotsuz helikopterlərin tədarükü üçün müqavilə imzalayıb.
Ordu.az xəbər verir ki, bu barədə “Pasifik Teknoloji”nin Türkiyənin KAP platformasına verdiyi açıqlamada qeyd edilib.
“Şirkətimizin törəmə şirkəti “TİTRA Teknoloji A.Ş.” ilə Türkiyə MSK arasında müxtəlif miqdarda pilotsuz helikopterlərin tədarükü üçün Kvadrokopter Tipli Yük PUA-sı Layihəsi müqaviləsi imzalanıb”, - deyə açıqlamada bildirilib.
Açıqlamada, həmçinin sözügedən müqavilənin sonrakı proseslərindəki inkişafın investorlar və ictimaiyyətlə paylaşılmağa davam ediləcəyi ifadə edilib.
Sevinc Əliyeva
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Türkiyə
MSK