Ordu.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) inşaat sahəsində keçirilən “Akkuyu” AES 1-ci Blok Turbin Qurğusunun Quraşdırılmasının Tamamlanma Mərasimi”ndə deyib.
Bayraktar AES-də tarixi bir gün olduğunu bildirib.
“Bu gün biz birinci blokun turbin şaftını işə salırıq. Bu, Türkiyənin nüvə tarixində atılan mühüm addımlardan və mərhələlərdən biridir”, - deyə o qeyd edib.
Bayraktar vurğulayıb ki, 1950-ci illərdən etibarən nüvə birliyində olan Türkiyə nüvə enerjisindən dinc məqsədlərlə istifadə ilə bağlı bir çox razılaşmalara tərəfdir.
“İnşallah, burada gördüyünüz ilk reaktoru 2025-ci ildə sınaq istehsalına keçirəcəyik. İlk elektrik enerjisini buradan hasil etməyi hədəfləyirik. Qarşıda daha böyük hədəflərimiz var. 2028-ci ilə qədər 4 reaktorun hamısını işə salmalıyıq. Burada istehsal olunan elektrik enerjisi ilə ölkəmizin elektrik enerjisinə olan tələbatının 10 faizini təmiz və karbonsuz şəkildə qarşılayacağıq. Təxminən 35 milyon ton karbon emissiyasını azaldacağıq”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az