İsveç ABŞ-dən çoxlu sayda avtomatik tüfəng alıb

2024/12/1734156897.jpg
Oxunub: 526     12:53     16 Dekabr 2024    
İsveç hökuməti hərbi genişləndirmə və modernləşdirmə səylərini dəstəkləmək üçün ABŞ-dən çoxlu sayda avtomatik tüfəng aldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, yerli FFV “Ordnance” şirkətinin istehsalı olan köhnə “Ak 5” tüfənglərini əvəz etmək üçün ABŞ-dən alınan ümumilikdə 15.000 ədəd “Colt” M4A1 avtomatik tüfəngi İsveç Silahlı Qüvvələrinə təhvil veriləcək.

İsveç Müdafiə Nazirliyinin verdiyi məlumata görə, yeni tüfənglər ilk olaraq gələn ilin əvvəlində NATO-nun Latviyadakı missiyasında iştirak edəcək isveçli hərbi qulluqçulara veriləcək.

Nazirliyin verdiyi məlumata görə, ABŞ istehsalı olan tüfənglərin alınmasının regional gərginliyin artdığı bir şəraitdə İsveç ordusunun əməliyyat effektivliyini artıracağı gözlənilir.

M4A1 tipik olaraq 36,8 santimetr lüləsi ilə seçilir ki, bu da hərbi ekspertlərin fikrincə, həm dəqiqliyi, həm də mərmi sürətini artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   ABŞ  


Bizi "telegram"da izləyin