Çexiya 14 ədəd “Leopard” 2A4 əsas döyüş tankı alacaq

2024/12/1734156834.jpg
Oxunub: 502     15:38     16 Dekabr 2024    
Çexiya 14 ədəd “Leopard” 2A4 əsas döyüş tankının tədarükü üçün “Rheinmetall” ilə 169 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, tanklar köhnə İsveçrə ehtiyatlarından götürüləcək və Çexiyaya xas konfiqurasiyaya çevriləcək.

Müqaviləyə, həmçinin 2026-cı ilin sonuna qədər çatdırılması nəzərdə tutulan sursat və logistika xidmətləri də daxildir.

Bu, Çexiyanın 73-cü Zirehli Taborunun Sovet dövründən alman tanklarına keçidinin tamamlandığını və Praqanın 1970-ci illərdən istismarda olan T-72 M4 vasitələrinin yerini aldığını göstərir.

“Leopard” 2A4 əsas döyüş tankı ekipajın müdafiəsini və əməliyyat imkanlarını artırmaq üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Leopard  


Bizi "telegram"da izləyin