Ordu.az xəbər verir ki, bundan əvvəl Vaşinqton Afinaya bahalı bərpa və modernləşdirmə tələb edən “Bradley” piyada döyüş maşınları şəklində “hədiyyə paketi” göndərəcəyini, Fransa isə yeni VBCI piyada döyüş maşınlarını satmağı təklif etmişdi.
Ancaq hər iki variantın çox baha olduğuna qərar verən Yunanıstan daha sərfəli həllə üstünlük verdiyini açıqlayıb.
Yunanıstan ordu inventarındakı M113 zirehli vasitələrini təkmilləşdirmək üçün hərəkətə keçdiyini açıqlayıb.
İsrailin müdafiə istehsalçısı “Rafael” şirkəti və Yunanıstanın METKA şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək bu proqram təxminən 500 ədədlik parkın təkmilləşdirilməsini əhatə edir.
Təkmilləşdirilmiş M113 zirehli vasitələrinin Yunanıstan ordusunun Türkiyə sərhədində fəaliyyət göstərən 4-cü Korpusuna çatdırılması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az