Türkiyə HDQ NATO-nun “İlin Fotosu” səsverməsində qalib gəlib

2024/12/1734153462.jpg
Oxunub: 472     13:16     14 Dekabr 2024    
NATO-nun təşkil etdiyi “İlin Fotosu” səsverməsində Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığının “Amfibiya basqını” fotosu qalib seçilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında etdiyi paylaşımda bildirib.

Türkiyə Milli Müdafiə Nazirliyi NATO-nun təşkil etdiyi “İlin Fotosu” səsverməsində HDQ Komandanlığı qərargahının kiçik zabiti Yasin Kaanın çəkdiyi “Amfibiya basqını” fotosunun qalib seçildiyini qeyd edib.

“Xalqımıza və müttəfiq ölkələrin vətəndaşlarına göstərdikləri dəstəyə görə təşəkkür edirik. Şəkli çəkən HDQ Komandanlığı personalımız, texnik gizir Yasin Kaanı təbrik edirik”, - deyə paylaşımda bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   NATO  


Bizi "telegram"da izləyin