“Dünya PUA bazarının 65 faizi Türkiyəyə məxsusdur” - Selçuk Bayraktar

2024/12/1734153231.jpg
Oxunub: 534     12:01     14 Dekabr 2024    
Türkiyədə “Take Off İstanbul” tədbiri təşkil edilən bağlanış mərasimindən sonra başa çatıb.

Ordu.az xəbər verir ki, bağlanış mərasimində iştirak edən “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar “Take Off İstanbul” çərçivəsində İstanbul Sərgi Mərkəzində stend açan şirkətləri ziyarət edərək, iştirakçılarla xatirə şəkli çəkdirib.

Bağlanış mərasimində çıxış edən Bayraktar “Baykar”ın uğurlarından danışıb.

Bayraktar dünyanın ən böyük Pilotsuz Uçuş Aparatı (PUA) şirkəti olduqlarını bildirib.

“Dünya PUA bazarının 65 faizi Türkiyəyə məxsusdur. Bu bazarın demək olar ki, 60 faizinə təkcə “Baykar” sahibdir”, - deyə o qeyd edib.

Bayraktar vurğulayıb k, 2004-cü ildə, PUA-ların hələ dünyada tanınmadığı bir vaxtda “Baykar” Türkiyənin ilk robot idarəetmə sistemini və ilk mini PUA-sını hazırlayıb.

“2007-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan ilk milli PUA “Bayraktar” Mini PUA-sıdır. Addım-addım bu platforma böyüdü. “Bayraktar TB1” 2009-cu ildə uçdu”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PUA  


Bizi "telegram"da izləyin