Cənubi Koreya Prezidenti Yun Sok Yolun reytinqi minimuma enib

2024/12/1734151536.jpg
Oxunub: 388     03:50     14 Dekabr 2024    
Cənubi Koreyada qısamüddətli hərbi vəziyyət rejimindən sonra yaranmış siyasi xaos fonunda Prezident Yun Sok Yolun reytinqi minimuma enib.

Ordu.az xəbər verir ki, “Gallup Korea” təşkilatının sonuncu rəy sorğusunun nəticələrinə əsasən dövlət başçısına etimad göstəricisi 11 faizə düşüb.

Bu rəqəm bir həftə əvvəlki sorğunun nəticəsindən (16 faiz) bir qədər az olmalqa yanaşı, Yun Sok Yolun prezident vəzifəsinin icrasına başlamasından bəri ən aşağı göstəricidir. Sorğuda iştirak edənlərin 75 faizi prezidentin impiçmentini dəstəklədiyini söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Prezident  


Bizi "telegram"da izləyin