KİV: Blinken İraqdan İranın Suriyaya silah göndərməsinin qarşısını almasını istəyib

2024/12/1734151030.jpg
Oxunub: 385     01:57     14 Dekabr 2024    
ABŞ dövlət katibi Entoni Blinken İraqın Baş naziri Məhəmməd əl-Sudanidən İranın Suriyaya silah tədarükünün qarşısını almasını istəyib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumata görə, Blinken vurğulayıb ki, Suriya həssas vəziyyətdədir. Bu səbəbdən Vaşinqton İraqdan İranın dəstəklədiyi qruplar tərəfindən istifadə oluna biləcək və ya ölkədə sabitliyi daha da poza biləcək silahların Suriyaya daxil olmasının qarşısını almasını istəyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   İraq  


Bizi "telegram"da izləyin