Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi rəsmi şəxslərə istinadən məlumat yayıb.
İsrailin “Elbit” (ESLT.TA) şirkəti tərəfindən hazırlanan PULS sistemi 300 km-ə qədər (190 mil) uçuş məsafəsinə malikdir. Sazişə həmçinin Yunanıstanda sistemin komponentlərinin istehsalı da daxildir.
Qeyd olunur ki, 600-700 milyon avro (630-735 milyon ABŞ dolları) dəyərində sövdələşmənin müzakirəsi iki ölkə arasında İsrailin Yunanıstana 2 milyard avroluq hava və raketdən müdafiə sistemi satışına dair danışıqlar fonunda gedir.
Rəsmilərin sözlərinə görə, Yunanıstan hökuməti sazişi 2025-ci ilin birinci rübündə müvafiq parlament komitəsinin təsdiqinə təqdim edəcək.
Rəsmilərdən biri əlavə edib ki, dekabrın 13-də Yunanıstanın xarici işlər və müdafiə məsələləri üzrə ali qərarverici orqanı olan KYSEA artıq “AeroVironment” (AVAV.O) şirkəti tərəfindən istehsal olunan Amerikanın “Switchblade” dronlarının alışını təsdiqləyib.
Ordu.az