Baydenin müşaviri Qətərin Baş naziri ilə Qəzzada atəşkəsi müzakirə edib

2024/12/1734106566.jpg
Oxunub: 378     19:50     13 Dekabr 2024    
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan bu gün Dohada Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim əl-Tani ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, görüşdə girovların azad edilməsi və Qəzzada atəşkəsin həyata keçirilməsini nəzərdə tutan razılaşma müzakirə edilib.

Qeyd edilib ki, tərəflər Suriyadakı son hadisələri də müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qətər   Qəzza  


Bizi "telegram"da izləyin