Türkiyə prezidenti: "Suriyada baş verənlər Türkiyənin bu ölkədə varlığının səbəbini göstərdi"

2024/11/1730883730.jpg
Oxunub: 4126     17:13     13 Dekabr 2024    
Suriyada baş verən hadisələr Türkiyənin bu ölkədə varlığının səbəbini göstərdi.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Rəcəb Tayyib Ərdoğan Sakaryada mitinqdə çıxışı zamanı bildirib.

Ərdoğan “Türkiyənin Suriyada nə işi var” deyənlərin tarixdən xəbərsiz olduqlarını qeyd edib: “Birinci Dünya Müharibəsindən sonra bölgəmizdəki sərhədlərin yenidən müəyyən edilməsi zaman şərtlər fərqli olsaydı Hələb, İdlib, Hama, Dəməşq, Rakka adlandırdığımız şəhərlər elə Antep, Hatay, Urfa kimi bizim vilayətlərimiz olacaqdı. Bu şəhərlər sərhədlərimizdən kənarda qaldığı üçün oradakı insanlarımızla əlaqələrimizi bütünlüklə kəsməli deyildik ki”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ərdoğan  


Bizi "telegram"da izləyin