Rusiya Taqanroqa hücuma cavab olaraq Ukraynanın energetika obyektlərinə kütləvi zərbə endirib

2024/11/1732686203.jpg
Oxunub: 427     13:50     13 Dekabr 2024    
Rusiya Silahlı Qüvvələri, Ukrayna Silahlı Qüvvələrinin ATACMS raketləri ilə Taqanroqa son hücumuna cavab olaraq, Ukraynanın yanacaq-energetika kompleksinin obyektlərinə - hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən obyektlərə kütləvi zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bütün hədəflərin vurulmasına nail olunub.

Qeyd edək ki, iki gün əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın Taqanroq şəhərindəki hərbi obyekti ATACAMS raketləri ilə vurub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Taqanroq  


Bizi "telegram"da izləyin