Rusiya qüvvələri Kiyevdə F-16 pilotlarının təlim keçdiyi obyektlərə raket zərbəsi endirib

2024/12/1734081822.jpg
Oxunub: 480     13:19     13 Dekabr 2024    
Rusiya qüvvələri Kiyevdə F-16 pilotlarının təlim keçdiyi obyektlərə raket zərbəsi endirib.

Ordu.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda“ radiosu məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri
Ukrayna paytaxtında F-16 pilotlarının təlim keçdiyi aeroport obyektlərinə raket zərbəsi endirib.

Qeyd edək ki, bu gün Rusiya qüvvələrinin Ukraynanın enerji strukturuna kütləvi raket və dron zərbələri endirdiyinə dair də məlumat yayılıb. Ukraynanın bir sıra regionlarında baş verən partlayışlar fonunda Kiyevdə elektrik enerjisi kəsilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kiyev   F-16  


Bizi "telegram"da izləyin