“TEKNOFEST ilə texnologiyaya ilk dəfə qədəm qoyan gənclər bu tədbir sayəsində sahibkarlıqla tanış olublar” - Ahmet Akyol

2024/12/1734081438.jpg
Oxunub: 429     14:23     13 Dekabr 2024    
ASELSAN-ın Baş direktoru Ahmet Akyol “Take Off Istanbul”da Türkiyənin müdafiə sənayesindəki uğurunu 2024-cü ildə 750 milyon dolları keçən ixracatla vurğulayıb.

Ordu.az xəbər verir ki, İstanbul Ekspo Mərkəzində Türkiyə Texnologiya Komandası Vəqfi, Sənaye və Texnologiya Nazirliyi və Prezident İnvestisiya İdarəsinin rəhbərliyi ilə təşkil olunan “Take Off İstanbul” tədbiri davam edir.

Akyol “Take Off İstanbul” tədbirindəki çıxışında şirkətin müdafiə sənayesindəki uğurlarını və beynəlxalq bazarlardakı effektivliyini vurğulayıb.

Tədbir çərçivəsində Akyol “Müdafiə Ekosisteminin Gücü ilə Oyun dəyişdirən Texnologiyalar” adlı sessiyada təqdimatla çıxış edib.

Akyol çıxışında “Take Off”un milli texnoloji gedişdə çox əhəmiyyətli bir hadisə olduğunu vurğulayaraq, TEKNOFEST ilə texnologiyaya ilk dəfə qədəm qoyan və yeniliklərə həvəsli gənclərin bu tədbir sayəsində sahibkarlıqla tanış olduqlarını deyib.

Çıxışına davam edən Akyol AESA radarlarında həm dənizdə, həm də quruda bağladıqları yeni müqavilələrlə yüksək əlavə dəyərli ixracat əldə etdiklərini ifadə edərək, 2024-cü ildə 750 milyon dollardan çox ixrac müqaviləsi imzaladıqlarını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TEKNOFEST   ASELSAN  


Bizi "telegram"da izləyin