Ordu.az xəbər verir ki, dekabrın 12-də 4 yeni F-35A döyüş təyyarəsi “Ørland” aviabazasına eniş edib.
Bu tədarüklə Norveçdəki F-35-lərin ümumi sayı 46-ya yüksəlib və son 6 təyyarənin 2025-ci ilin yayına qədər gəlməsi gözlənilir.
Ötən ay 2 F-35-in təhvil verilməsindən sonra gələn bu son tədarüklər 52 təyyarə hədəfinə doğru davamlı irəliləyiş qeydə alındığını göstərir.
Norveçin F-35 parkı 5 ildir ki, əməliyyat və döyüşə hazır vəziyyətdədir, gündəlik tapşırıqları yerinə yetirir və təxminən üç ilə yaxındır NATO-nun “Çevik Reaksiya Sinqalı” (QRA) proqramında mühüm rol oynayır.
Sevinc Əliyeva
Ordu.az