Ordu.az xəbər verir ki, bu barədə siyasətçinin fikirləri "imedinews.ge" saytında dərc olunub.
Ekspertin fikrincə, “TV First” telekanalının çəkiliş qrupuna baş çəkmək üçün klinikaya gələn səfirlərin davranışı təqdirəlayiq olsa da, digər televiziyaların çəkiliş qruplarına başqa klinikada baş çəkmək ədalətli və diplomatik olardı.
T.Çiburdanidze qeyd edib ki, Gürcüstandakı hazırkı proseslərin aktorlarının kimlər olduğu açıq görünür.
Onun sözlərinə görə, xarici səfirlərin məqsədi yalnız müxalifəti dəstəkləməkdir və bunu artıq gizlətmirlər.
Siyasətçi səfirləri gürcü cəmiyyətini parçalamaqda da ittiham edib.
“Jurnalistləri siyasi zəmində bölmək antidiplomatiyadır. Səfirlər inqilabın barrikadalarında dayanıblar”, - deyə T.Çiburdanidze əlavə edib.
Ordu.az