Starmer Aİ ilə müdafiə sahəsində əməkdaşlığa dair danışıqlar aparacaq

2024/12/1734079262.jpg
Oxunub: 468     15:00     13 Dekabr 2024    
Böyük Britaniyanın Baş naziri Kir Starmer münasibətlərin yaxşılaşdığını göstərən son əlamət olaraq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Avropa İttifaqının (Aİ) dəvətini qəbul edib.

Ordu.az xəbər verir ki, Starmer fevral ayında Brüsseldə Aİ liderləri ilə həmfikir tərəfdaşlar arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu nümayiş etdirmək üçün müdafiə toplantısında iştirak etməyə razılıq verib.

Starmer Dauninq-stritdə Avropa Şurasının prezidenti Antonio Kosta ilə danışıqlar zamanı Britaniya lideri ilə blokun 27 üzvü arasında “Brexit”dən sonra ilk görüşdə iştirak etmək dəvətini qəbul edib.

Birgə bəyanatda hər iki tərəf ikitərəfli əlaqələri gücləndirmək niyyətlərini təsdiqlədiklərini bildiriblər, Starmer və Kosta dünyanın getdikcə qeyri-sabit olduğu bir vaxtda həmfikir tərəfdaşlar arasında daha sıx əməkdaşlığın həyati əhəmiyyəti barədə razılığa gəliblər.

Brüsseldə keçiriləcək görüşdə təhlükəsizlik və müdafiə məsələləri üzrə əməkdaşlığın artırılması yolları müzakirə olunacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya    


Bizi "telegram"da izləyin