İsrail Müdafiə Nazirliyi 5 qabaqcıl “Reshef” raket gəmisi alacaq

2024/12/1734079219.jpg
Oxunub: 543     16:07     16 Dekabr 2024    
İsrail Müdafiə Nazirliyi 5 qabaqcıl “Reshef” raket gəmisi almaq üçün İsrail Gəmiqayırma Zavodları ilə 780 milyon dollarlıq müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Nazirliyin Təadrük Komitəsi və Knessetin Birgə Müdafiə Büdcə Komitəsi tərəfindən təsdiqlənən saziş İsrail Hərbi Dəniz Qüvvələrinin (HDQ) parkının modernləşdirilməsi və yerli müdafiə istehsalının artırılması məqsədi daşıyır.

İsrail Gəmiqayırma Zavodları gəmiləri İsrail HDQ-yə təxminən 6 il ərzində təhvil verəcək və əlavə gəmilər üçün variant təklif edəcək.

Ən yeni və ən qabaqcıl “Saar” sinfinə məxsus gəmi olan “Reshef” raket gəmisi İsrail HDQ ilə birgə hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   MN   Reshef  


Bizi "telegram"da izləyin