TCG “Akhisar” ilk səfərini uğurla başa vurub

2024/12/1734078606.jpg
Oxunub: 470     14:39     13 Dekabr 2024    
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən “Hisar” sinfinə məxsus dəniz patrul gəmilərinin ilki olan TCG “Akhisar” (P1220) ilk səfərini uğurla başa vurub.

Ordu.az xəbər verir ki, “Hisar” sinfinə məxsus dəniz patrul gəmilərindən olan TCG “Akhisar” və TCG “Koçhisar” 2023-cü ilin sentyabr ayında “İstanbul” Gəmiqayırma Zavodunda keçirilən mərasimdə suya buraxılıb.

Bu sinfə məxsus ümumilikdə 10 gəminin istehsalının planlaşdırıldığı layihədə TCG “Akhisar” açıq dənizdə ilk naviqasiya sınaqlarını uğurla başa vurub.

Türkiyə HDQ-nin dəniz patrul gəmilərinə olan ehtiyacını ən qısa müddətdə və sərfəli şəkildə qarşılamaq məqsədilə gəmilərin inşa işləri ASFAT-ın əsas podratçılığı altında həyata keçirilir.

“Hisar” sinfinə məxsus gəmilər MİLGEM “Ada” sinfinə məxsus korvet dizaynının bazası əsasında hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TCG   HDQ   Akhisar  


Bizi "telegram"da izləyin