Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Jandarma Baş Komandanlığı məlumat yayıb.
“Jandarma Baş Komandanlığının inventarında yerini alacaq 2-ci “Gökbey”imizin təhvil-təslim prosesi tamamlandı. Yerli və milli qürurumuz olan “Gökbey”lərimizlə çox güclüyük! Ölkəyə, millətə və Jandarma Aviasiya Komandanlığımıza xeyirli, uğurlu olsun!”, - deyə məlumatda qeyd edilib.
İlk seriya istehsalı olan “Gökbey” helikopteri TUSAŞ tərəfindən 2024-cü il oktyabrın 29-da Jandarma Baş Komandanlığına təhvil verilib.
2026-cı ilə qədər Jandarmaya əlavə 2 ədəd, Quru Qoşunlarına 7 ədəd, Hərbi Hava Qüvvələrinə 4 ədəd, Təhlükəsizlik Baş İdarəsinə 3 ədəd, Sahil Mühafizəsinə isə 3 ədəd “Gökbey” təhvil veriləcək və beləliklə ümumi tədarük miqdarı 20-yə çatdırılacaq.
Digər tərəfdən, 3 ədəd “Gökbey” Hava Ambulansı 2026-cı ildə Səhiyyə Nazirliyinə təhvil veriləcək.
Sevinc Əliyeva
Ordu.az