Ordu.az xəbər verir ki, bunu HAVELSAN Baş direktoru Mehmet Akif Nacar deyib.
Onun sözlərinə görə, xüsusilə öz mühəndislik qabiliyyətini maksimum səmərə ilə istifadə etməyə çalışan HAVELSAN bu baxımdan öz ekosistemi ilə çox proaktiv çalışan və “birlikdə qazanaq, Türkiyə qazansın” yanaşmasını ön planda tutan bir şirkət olaraq sektora və ölkəyə dəyər qatmağa davam edir.
“HAVELSAN ilə işləyən şirkətlərimizdən aldığımız rəylər çatışmazlıqlarımızı, bizdən gözləntiləri görə bilmək və proseslərimizi təkmilləşdirmək üçün əvəzolunmazdır. Bu günün dünəndən, sabahın isə bu gündən daha yaxşı olacağı anlayışı ilə bizimlə əməkdaşlıq edən, buna hazır olan bütün şirkətlərimizi və başda MÜSİAD çətiri altında olan şirkətlərimizi bir yerdə olmağa və ölkəmizin gələcəyini birlikdə qurmağa dəvət edirəm”, - deyə Nacar qeyd edib.
Sevinc Əliyeva
Ordu.az