Ordu.az xəbər verir ki, MÜSİAD Müdafiə Sənayesi Sektor Şurası və MÜSİAD Rəqəmsal Çevrilmə Sektor Şurası ilə ortaq şəkildə təşkil edilən proqrama MÜSİAD-ın istehsalçı üzvləri qatılıblar.
MÜSİAD üzvü olan müxtəlif sektorlardan 100-dən çox istehsalçı tədarüklə bağlı HAVELSAN satınalma menecerləri ilə B2B görüşlər keçirib.
MÜSİAD sədri Mahmud Asmalı müdafiə sənayesinin beynəlxalq arenada fəal və nüfuzlu bir Türkiyə üçün əhəmiyyətini vurğulayıb.
O, güclü diplomatiyanın bu yollardan keçdiyini deyib.
“Bizim üçün müdafiə sənayesi təkcə təhlükəsizlik sektoru deyil, həm də texnologiya, rəqəmsallaşma, iqtisadiyyat və sənayeləşməni irəli aparan strateji gücdür. Hamımız bilirik ki, güclü müdafiə sənayesi olmadan güclü diplomatiya aparmaq, beynəlxalq aləmdə müstəqil mövqe saxlamaq mümkün deyil. Türkiyə son 20 ildə müdafiə sənayesində əldə etdiyi irəliləyişlərlə bu sahədə xaricə asılılığı əhəmiyyətli dərəcədə azaldıb və yerliləşmə nisbətini 80%-ə çatdırıb”, - deyə Asmalı qeyd edib.
Sevinc Əliyeva
Ordu.az