Ordu.az xəbər verir ki, “SYS Grup” şirkətləri tərəfindən hazırlanmış orta çaplı top sisteminin atış nümayişi Türkiyə Təhlükəsizlik Baş İdarəsi Xüsusi Hərəkat İdarəsinin Gölbaşı şəhərciyində həyata keçirilib.
Tədbirdə Qrup şirkətləri “AEI Systems”in 30×113 mm-lik “Venom LR” orta çaplı avtomatik topu və “Unirobotics”in “Trakon 30” uzaqdan idarə edilən silah sistemi ilə yaradılan silah qülləsi ilə “Nurol Makina”nın “Ejder Yalçın” 4x4 zirehli döyüş vasitəsi üzərindən sabit hədəflərə sabit və hərəkətli atışlar icra edilib.
Atış sınağı tələb və təklif orqanları, müdafiə sənayesi şirkətlərinin rəhbərləri və nümayəndələri tərəfindən izlənib.
Sevinc Əliyeva
Ordu.az